29 Dekabr 07:49

UNEC “Gənc Bankirlər”ini seçib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkil etdiyi “Gənc Bankir Məktəbi” layihəsinin final mərhələsi keçirilib.

İki aydan çox davam edən layihədə iştirakçı tələbələrə bank sisteminin müxtəlif istiqamətləri üzrə təlimlər keçirilib. İştirakçılar komandalara bölünərək onlara təqdim olunan ölkələrin bank sistemlərini tədqiq edib, final uğrunda mübarizə aparıblar. Finala vəsiqə qazanan 6 komanda hazırladıqları elmi-tədqiqat işlərini münsiflər heyətinə təqdim ediblər.

Gərgin keçən mübarizənin sonunda münsiflər heyətinin qərarı ilə “İnvictum” komandası layihənin qalibi olub. Qalib komandanın üzvləri layihənin tərəfdaşı olan “Amrahbank”da təcrübə proqramında iştirak edəcək.

Sonda bütün layihə iştirakçıları sertifikatla təltif olunublar.

Qeyd: “Gənc Bankir Məktəbi” layihəsi “Amrahbank”ın tərəfdaşlığı və “Reduco” Təhsil Mərkəzinin sponsorluğu ilə keçirilib.

5788eb11-aca2-4cfb-9eae-025b19341b6b a899cd5a-8bd2-4a87-a1b0-a99cf466f3bd e29eda41-eeaa-4f64-abed-e7ca1a7ffec7

Bəyən və paylaş