“UNEC İqtisadi Forumu, Bakı 2021” keçiriləcək

UNEC İQTİSADİ FORUMU, BAKI 2021

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021-ci ilin 1-3 dekabr tarixlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər təşkilatlarla birgə Bakıda “UNEC Economy Forum Baku 2021” (“UNEC İqtisadi Forumu, Bakı 2021”) təşkil olunacaq. Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir. Forumda əsasən aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:
  • - Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;
  • - Qlobal iqtisadi artım üçün əsas problemlər;
  • - Yüksək texnologiyalı istehsal ekosistemi;
  • - İqtisadiyyatın rəqəmsal transformasiyası;
  • - Yaşıl iqtisadiyyat və davamlı inkişaf;
  • - Sosial təminat;
  • - Biznes;
  • - Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;
  • - Pandemiya sonrası biznesin transformasiyası;
  • - Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;
Məruzəçilər arasında müxtəlif akademiklər, o cümlədən Nobel mükafatı laureatları Məhəmməd Yunus və Aziz Sancar, eləcə də iri özəl və dövlət təşkilatların rəhbərləri, yerli və beynəlxalq peşəkarlar və digər sənaye ekspertləri iştirak edəcəklər. Panel müzakirələri “Gülüstan” sarayında keçiriləcəkdir. Forum çərçivəsində rəsm sərgisi, şəhər gəzintisi, elm adamları ilə görüşlər və s. kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az