UNEC kollektivi bayramı ahıllarla birlikdə keçirib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi və tələbələri ilin son istirahət gününü Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarla birlikdə keçirib.

UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçən görüşdə çıxış edən universitetin rektoru, professor Ədalət Muradov ahılları 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib.

Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər ifa ediblər. Ahıllar UNEC kollektivini və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.

Sonda ahıllar tələbələrə yeni başlayacaq qış imtahan sessiyasında uğurlar arzulayıb.

5a9797f7-4317-4640-8dfb-6b9af5728770 8e66d530-a71e-4bcb-9bb9-494e2b1600c2 f3142a32-21a6-467d-9a3a-5e9c3883482a

Bir cavab yazın

Back to top button