“UNEC LİGA” fakültələr arası intellektual çempionatı
Hörmətli tələbələr!
Sizi Ümummilli Lider Heydər Əliyevin 93 illiyinə həsr olunmuş “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB-nin təşkilatçılığı, “Azərbaycan İntellektual Oyunlar Klubu” (AİOK) və “Reduco” Tuition Centrerin tərəfdaşlığı ilə təşkil olunacaq “UNEC LİGA” fakültələr arası intellektual çempionatına qoşulmağa dəvət edirik!
Çempionat UNEC-in 11 fakültəsindən ibarət komandaların iştirakı ilə keçiriləcək. Seçim turu 30 aprel, final isə 7 may tarixində baştutacaq. Seçim turu “Nə? Harada? Nə zaman?” formatında, final isə “Breyn Rinq” formatında təşkil olunacaq.
Qalib gəlmiş komanda diplom, kubok, medal və hədiyyələrlə mükafatlandırılacaq. Sizdə 6 nəfərdən ibarət komandanızı qurun və öz fakültənizi qalib edin.Qeydiyyat həm online, həm də “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin fakültə sədrləri tərəfindən aparılacaq.
Tel: 0124975871
Mob: 0513863090
QEYD: Komandaların adı fakültə adı ilə uyğunlaşdırılmalıdır.
Online qeydiyyat üçün link: http://goo.gl/forms/9ZV1AvSynF