UNEC rektoru qış imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib

Yanvarın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən ilk “Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov ictimaiyyət nümayəndələri, tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib.

Rektor daxil olan təklif və iradların operativ araşdırılıb tədbir görülməsi ilə bağlı məsul şəxslərə  müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib. Qış imtahan sessiyasının ilk “Açıq qapı” günündə 45 nəfərin müraciətinə baxılıb.

UNEC-də qış imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri keçiriləcək. Bundan başqa, imtahanlarda obyektivliyin və şəffaflığın qorunması məqsədilə bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.

28e3eefe-0b66-47b8-909e-aa31da68b4b6 08669b0b-330f-4db6-b7c6-ea9bdf4cd174 eae8468b-7d41-4a0c-bf48-769a655c55df

Bir cavab yazın

Back to top button