3 Mart 09:18

UNEC tələbələri üçün İnsan resurslarının idarə edilməsi üzrə təcrübə proqramı

“Bank of Baku” UNEC tələbələri üçün İnsan resurslarının idarə edilməsi üzrə təcrübə proqramını elan edir

“Bank of Baku” ASC Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq çərçivəsində İnsan resurslarının idarə edilməsi (HR) üzrə təcrübə proqramını elan edir. Proqram ödənişsizdir və 2 ay müddətində keçiriləcək. Təcrübə ilə əlaqədar seçim meyarları aşağıdakı kimidir:

III və IV kursun xanım tələbələri;

Ünsiyyət qabiliyyəti;
Sosial aktivlik;
HR sahəsinə xüsusi maraq.

Təcrübə proqramında iştirak etmək istəyən tələbələr CV-lərini [email protected] elektron poçtuna göndərməlidir. Elektron poçtun “subject” bölməsində “HR-proqram” sözü yazılmalıdır. CV-lərin son qəbul tarixi 7 mart 2016-cı il tarixinədəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)