30 Noyabr 11:12

UNEC tələbələri üçün təcrübə və təqaüd proqramı

AzFinance İnvestisiya Şirkəti UNEC tələbələri üçün təcrübə və
təqaüd proqramına start verir
Azərbaycan Dövlət İqtisad Universiteti və AzFinance İnvestisiya Şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində təcrübə keçmək və gələcəkdə karyeralarını bu şirkətdə davam etdirmək istəyən tələbələrimiz üçün tədbirlərə start verilir.

İlk tədbir 4 dekabr 2015-ci il taixində əsas tədris binasının 305 saylı auditoriyasında saat 11.00-da keçiriləcəkdir. Tədbir zamanı şirkətin mütəxəssisləri ilə universitet tələbələrinin görüşü keçiriləcək. Şirkətin mütəxəssisləri tərəfindən tələbələrə şirkətin fəaliyyət istiqaməti və təcrübə proqramı haqqında ətraflı məlumat veriləcəkdir. Daha sonra seçilmiş tələbələrə təlim keçilməklə seçim əsasında təcrübəçilər müəyyən ediləcək. Təcrübəçilərə şirkətin adlı təqaüdü veriləcək.
Tədbirdə aşağdakı kriteriyalara malik olan tələbələr iştirak edə bilərlər:
• Rus dilini bilmə;
• İqtisadiyyat və maliyyə sahəsi üzrə baza bilikləri;
• II, III və IV kurs tələbələri və magistrantlar.
Qeyd: Gələcək aylarda təlimlərin azərbaycan və ingilis dillərində keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə fəaliyyətlər davam edir.
Qeydiyyat üçün: http://goo.gl/forms/eUqVqyTMgN

Bəyən və paylaş

Rəylər

rəy(lər)