20 İyun 16:19

UNİDEE – İdeyalar Universitetinin (Cittadellarte – Fondazione Pistoletto, Biella, İtaliya) rezidensiya təqaüdünü qazanmaq üçün ərizə qəbulu müsabiqəsi

Rezidensiya proqramı çərçivəsində UNİDEE – İdeyalar Universitetinin (Cittadellarte – Fondazione Pistoletto, Biella, İtaliya) rezidensiya təqaüdünü qazanmaq üçün ərizə qəbulu müsabiqəsi

Rezidensiya müddəti: 30 sentyabr – 30 noyabr
Ərizə qəbulunun son tarixi: 30 iyun

Rezidensiya proqramı “Təsisat üsulları” mövzusuna həsr olunacaq. Proqramın əsas məqsədi müasir incəsənət təşkilatlarının siyasi fəaliyyət, icma quruculuğu və sosial dəyişiklik sahələri ilə bağlı etik xartiyanın işləyib yazılmasıdır. “Təsisat üsulları” mövzusu ilə xüsusi maraqlanan və yaxud fərdi, müstəqil yaradıcı məkanına sahib olan rəssamlara üstünlük veriləcək

Ətraflı məlumat: http://www.yarat.az/index.php?lang=az&page=12&yrtMaincatID=17&yrtSubcatID=18&yrtEventID=2145

Ərizə formasını yükləmək üçün:
http://www.yarat.az/content//2019_yarat-unidee-call_for_applications.docx

Bəyən və paylaş

Rəylər

rəy(lər)