6 Fevral 20:41

Oynadığımız oyunlar necə yığılır?

Unity3D oyun və  informasiya dünyasına gətirilən inkişaf etdirilmiş xüsusiyyətlərə  sahib bir oyun mühərrikidir. Unity3D ilə heç bir quraşdırılma olmadan veb brauzer üstündən işləyən tətbiqlə edilə bilər. Bu məqaləmizdə Unity3D oyun mühərriki nədir sualına cavab axtaracağıq.

Unity3D, Unity Technologies şirkəti tərəfindən təkmilləşdirilmiş, ödənişli oyun mühərrikidir. Oyun mühərriki sadə mənada oyun yaratmaq üçün istifadə edilən proqramlara verilən ümumi adı bildirmək üçündür. Özündə proqramlaşdırma dilləri istifadə edilərək müəyyən edilən funksiyalar vasitəsilə az kod yazaraq çox iş görmək məqsədi daşıyır.
Unity3D oyun müəhhəriki bu gündə ən çox istifadə edilən proqramlardan bir olmaqla bərabər, PC, MAC, linux, Android, iOS, Windows, Windows Phone, BlackBerry, XBOX 360, PS3 kimi platformalarından başqa internet üçün Web Player və Google Native kimi platformaları da dəstəkləyən və proqramçıların üstünlük verdiyi oyun mühərrikidir.

Özünə xas proqramlaşdırma quruluşu istifadə edən Unity3D JavaScript, C# və Boo dillərindən kodlaşdırma imkanı təqdim edir. Bu kodlaşdırma əməliyyatını da Unity3D quraşdırılması ilə gələn MonoDevelop kod editoru ilə təmin edir.

Hal-hazırda olan yeni versiyası 5.0.0 olan Unity3D rəsmi saytından ödənişsiz sınaq versiyasını yükləyə bilərsiniz. Aylıq 75$ və ya 1500$ ödəməklə lisenziyalı olaraq satına ala bilərsiniz.

Nə üçün Unity3D İstifadə Etməliyəm

Unity3D oyun mühərriki təkmilləşdirilmədən əvvəl və sonra bir çox oxşar məqsədi olan proqramlar yaranmağa başladı. Bəs, Unity3D oyun mühərrikindən başqa oyun mühərrikləri olduğu halda niyə Unity3D seçilməlidir? Çünki, Unity3D oyun mühərriki, rəsmi olaraq dəstəklədiyi bir cəmiyyəti var. Bu cəmiyyət vasitəsilə cavab axtarılan suallar Unity3D texnikləri tərəfindən şəxsən cavablandırılır. Digər bir üstünlüyü, çoxlu platforma dəstəklədiyi üçün, bir dəfə kodlaşdırılan və dizayn olunan oyun, birdən çox platformada işləyəcək vəziyyətə gətirilə bilir.
Unity3D oyun mühərriki, Unity Asset Store- vasitəsilə Unity Technologies şirkəti tərəfindən inkişaf etdirilən və ödənişli ya da ödənişsiz olaraq təqdim edilən,  eyni zaman da aktiv Unity istifadəçiləri tərəfindən 3D model, oyun, kod və digər medya paylaşımlarının köməyi ilə öz mağazasından satış etmək imkanı da təqdim edir.

Bunda başqa Unity3D oyun mühərrikinin bir digər üstünlük verilmə səbəbi də, qrafik interfeysinə görə obyektləri əlavə etmə və xüsusiyyətlərini tənzimləmə də verilir.

Unity3D oyun mühərrikini öyrənmək, oyunlar yaratmaq üçün STEP IT Academy-nın tədris proqramı vasitəsilə öyrənə bilərsiniz. Ətraflı məlumat üçün veb sayta daxil olmaqla, əldə edə bilərsiniz. itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)