“Universitet Kuboku” nəticəsində MDB ölkələri İntellektual Aləminin rekordu təzələndi

ADPU-da keçirilən “Universitet Kuboku” nəticəsində MDB ölkələri İntellektual Aləminin rekordu təzələndi
29 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubunun və İntellektual Klubları Assosasiyasının birgə təşkilatçılığı ilə “Universitet kuboku” adı altında “nə? Harada? Nə zaman?” fornatında intellektual yarışın final mərhələsi həyata keçirilmişdir.
Finalda 15 oktyabr 2016-cı il tarixində 5 filialla paralel olaraq 203 komandanın iştirakı ilə keçirilmiş yarışın qalibləri olmuş komandalar iştirak etmişdir.
Yarışda Bakı korpuslarından 20, rayon filiallarından 10 (Şəki, Cəlilabad, Quba, Şamaxı, Ağcabədi) və Azərbaycan Dövlət Pedaqoji kollecin 2 komandası iştirak etmişdir.Yarış Azərbaycan Dövlət Himni ilə başlamış, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rektoru cənab Cəfər Cəfərov tərəfindən yarışın finalın açıq elan etməsi ilə davam. Daha sonra Yurd İntellektual Gənclərə Dəstək Klubunun rəhbəri Ramin Mahmudov və İntellektual Oyunlar Klubun prezidenti Günay Vəliyeva çıxış etmişdir.
Yarışın spikeri TGT sədr muavini, İntellektual Klublar assosasiyasının rəhbəri Məhəmməd İsrayılzadə olmuşdur. Yarışda 36 sual səslənmiş və fasilədə Tarix fakültəsinin tələbələri Sərxan Səfəvi,Vüsal Rzayev və Ömər Avşarlı tərəfindən ” dekan otağında nadinc tələbə və valideyn” səhnəciyi göstərilmişdir. 36 sualın sonunda Bakı korpuslarından “İstiqlal”və ” Remix” komandaları müvafiq olaraq 1 və 2 -ci yerləri tutmuşdur. Filiallardan isə “Yurd(Quba)” və “Gənclər”(Şamaxı) komandaları 1 ci və 2- ci yerləri bölüşmüşdür.Qaliblər diplom, medal və kubokla mükafatlandırılmışdır.
Qeyd edək ki, keçən il MDB ölkərələri arasında 171 komanda 1300-dən yuxarı tələbə ilə rekordu edən Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubu bu dəfə öz rekordunu yeniləyərək 200-dən çox komanda 1400-dən yuxarı tələbə eyni zamanda yarışmışdır. Əsas korpusda 120 komanda 14 müxtəlif yarış meydançada öz güclərini göstərməyə çalışmışdır. Digər 80 komanda isə filiallarda yarışmışdır.

received_1826090307637124 received_1826090317637123 received_1826090377637117 received_1826090310970457

Bir cavab yazın

Back to top button