Universitetdən yeni məzun olmuş və potensiallı olan gənclər üçün vakansiya

Superfon şirkəti olaraq ciddi və sürətli şəkildə böyüməkdə davam edirik.Bu səbəbdən Marketinq strukturumuzda yeni vakansiyalar yaranmaqdadır.Qeyd edim ki,əsas üstünlük verdiyimiz namizədlər universitetdən yeni məzun olmuş və potensiallı olan gənclərdir.Onları biz yetişdirəcəyik! 6-8 nəfər yeni əməkdaş götürülməsi nəzərdə tutulur.Tələblərimiz:
-Kommersiya,Marketinq,Biznesin İdarəolunması ixtisasları üzrə ali təhsilin olması;
-Azərbaycan,və ingilis dillərində sərbəst danışıq bacarığı.Rus dili biliyinin olması üstünlükdür;
-MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
-Ən əsası həvəsli,punktual enerjili və pozitiv olmaları.
Heç bir təcrübə tələb etmirik.Əmək haqqı barədə müsahibədə danışılacaq,əsasən bazar qiymətinə uyğun əmək haqqı təyin olunacaqdır.Nahar pulu və korporativ nömrə ilə təmin olunacaqdırlar.Maraqlanan namizədlər cv-lərini “marketinq üzrə mütəxəssis” yazmaqla [email protected] ünvanına yollaya bilərlər.

Bir cavab yazın

Back to top button