22 Dekabr 10:31

Urban Furniture

Atelier ‘PİLLƏ’ memarlıq studiyası 2016-cı il 25-27 dekabr tarixlərində “Art Villa” qalereyasında“Urban Furniture’’ sərgisini keçirməyə hazırlaşır.


Sərgidə siz “Urban Furniture Workshop” seminarının iştirakçılarının layihələri və atelier ‘PİLLƏ’ memarlıq studiyasının layihələndirdiyi “Səyyar modul” prototipi ilə tanış ola biləcəksiniz.

Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Bakı şəhərinin böyük potensialını üzə çıxarmaq üçün “Urban Furniture” mövzusunda təlim təşkil edildi. Gənc memarlarla birlikdə həyata keçirilən ümumi araşdırma və layihələndirmədən təşkil olunmuş təlimin əsas məqsədi şəhər ərazisində ictimai fəaliyyətləri reallaşdırmaq potensialına malik məkanlar üçün şəhər mebellərini təklif etməkdir.

Təlimin iştirakçıları: Aygün Budaq, Günay Məmmədova, Leyla Cabrayılova, Murad Məmmədov, Nəsrin Məcidova, Səlim Dəmirzadə, Tünzalə Əliyeva, Zalxa Nuri.

PİLLƏ” memarlıq studiyasının reallaşdırdığı “Səyyar Modul” layihəsi bir nəfərin öz kiçik biznesini bütün şəhər ərazisində hərəkət etdirməyinə və yerləşdirməyinə imkan verən şəhər mebelidir.

Ekspozisiya yalnız memarlıq, urbanizm və incəsənət sahəsində olan insanlar üçün deyil,eyni zamanda sadə sakinlər üçün maraqlı ola bilər.

Açılış tarixi və vaxtı: 25 dekabr 2016-cı il, saat 19:00

Qalereya: ArtsCouncil Azerbaijan (Art Villa)

Ünvan: Baku AZ1001, Həsən Səyidbəyli 1 (https://goo.gl/maps/qwCiHrbLNq52)

Sərgi 2016-cı il 26 – 27 dekabr tarixlərində 11:00 – 18:00 saatlarında açıq olacaq.

Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)