15 May 15:46

“Urbanica” coffee & wine -da vakansiyalar

Bilirəm sizi çox gözlətdik. Nəhayət ki, yaxın günlərdə “Urbanica” coffee & wine sizlərin xidmətində olacaq. Urbanicanın sosial tərəfləri (tələbələr və gənclər üçün nəzərdə tutulan xüsusi təkliflər planı) barədə yaxın günlərdə məlumat paylaşacam, amma hazırda kafemizin qəşəng kollektivini toplamalıyıq.
Bizim ailəyə qoşulub birlikdə addımlamaq üçün aşağıda qeyd olunan bacarıqlarınız varsa [email protected] ünvanına CV göndərin.

✓Şef Barista: (məvacib 600 Azn, tələb və təkliflər, həmçinin iş qrafiki görüş zamanı hər iki tərəfə uyğun olaraq müəyyənləşdiriləcək)

✓Barista: (məvacib 400 Azn, iş saatı 7, həftədə bir gün istirahət.

Vəzifə öhdəlikləri:
•Qarsondan sifarişi qəbul etmək
•Müştərilərin menyu ilə bağlı (içki və şirniyyatların tərkibi) suallarını cavablandırmaq
• Sifariş qəbul edərkən detallara diqqət yetirmək (məsələn, qəhvə növü, süd və şəkərin miqdarı və s.)
• Ödənişləri (nağd və kredit kartları) qəbul etmək,
kassa əməliyyatlarını aparmaq
• İş yerini təmiz saxlamaq
• Qabların təmizliyini qorumaq və ehtiyyatda saxlamaq
• Menecerə müştəri rəylərini bildirmək və menyu üçün yeniliklərlə bağlı tövsiyyələr vermək.

Tələblər:
• Elementar riyazi biliklərin olması
• Yüksək ünsiyyət bacarıqları
•Sifariş qəbul edə biləcək səviyyədə rus və ingilis dili bacarıqları

✓Qarson: (məvacib 350 Azn, iş saatı 7, həftədə bir gün istirahət.)

Vəzifə öhdəlikləri:
•Sifarişi qəbul etmək
•Sifariş qəbul edərkən detallara diqqət yetirmək və olduğu kimi Baristaya ötürmək
•Sifarişin müştəriyə çatdırılması
•Masaların təmizliyi
• Menecerə müştəri rəylərini bildirmək və menyu üçün yeniliklərlə bağlı tövsiyyələr vermək.

Tələblər:
• İş təcrübəsi olması vacib deyil. Öz müsbət enerjisinə güvənən, gülərüz, ünsiyyətcil və müştərilərlə işləmək bacarığı olsa bəs edər.
•Sifariş qəbul edə biləcək səviyyədə rus və ingilis dili bacarıqları

✓Yemək şefi: (məvacib 350 Azn, iş saatı 7, həftədə bir gün istirahət)
Bu vakansiya ilə bağlı müraciət edənlərə xüsusi olaraq bildirmək istəyirəm ki, onların vəzifə öhdəlikləri səhər yeməyi, müxtəlif sendviçlər, tostlar, salatlar və setlər hazırlamaq olacaq.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, bütün əmək haqqları başlanğıc məbləğdir və biznesin uğurlu davam edəcəyi təqdirdə artırılacaq🙂

Əziz, uyğun gələn namizədlər CV-ləri e-mail ünvana göndərən zaman mövzu hissəsinə vakansiyanın adını qeyd etsəniz mənə çox böyük yaxşılıq etmiş olarsınız 😉

Əlavə suallarınız olsa +994 55 323 50 71 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)