9 Noyabr 14:46

“Uşağın psixi inkişafında ailənin rolu” mövzusunda olan ÖDƏNİŞSİZ psixoloji seminar

“STİMULUS İnkişaf Mərkəzi” ödənişsiz olaraq psixoloji maarifləndirmə seminarlarını davam etdirir.

“Uşağın psixi inkişafında ailənin rolu” mövzusunda olan ÖDƏNİŞSİZ psixoloji seminar “STİMULUS İnkişaf Mərkəzi” tərəfindən 19 Noyabr, saat 16:00-da təşkil olunacaq.

Seminarda aşağıdakılar müzakirə olunacaq:

• Sağlam ailə psixologiyası
• Ailədə düzgün və effektli ünsiyyət qurmağın yolları, ailədaxili münasibətlər
• Doğru ata, ana, uşaq münasibətləri
• Valideynin uşağını tanıması və qiymətləndirməsi
• Tərbiyə zamanı doğru bildiyimiz yanlış metodlar
• “Açıq radio” metodu
• Ailədə davranış modelləri (tam və natamam ailə modeli)
• Ailədə güvən duyğusunun formalaşması
• Qızların psixi inkişafında atanın rolu
• Oğlanların psixi inkişafında ananın rolu

Seminarın dili: Azərbaycan dili
Tarix və Saat: 19.11.2016, saat 16:00
Seminarın davametmə müddəti: 2 saat (16:00-18:00)
Təlimçi: Psixoloq Aygün Hüseynova

Arzu edən hər bir şəxs, xüsusilə valideynlər və bu sahə üzrə ixtisaslaşan mütəxəssislər, psixologiya ixtisası üzrə təhsil alan tələbələr seminarımızda iştirak edərək “STİMULUS İnkişaf Mərkəzi”nin Psixoloqu Aygün Hüseynovanın faydalı məsləhətlərindən yararlana biləcəklər.

Yerlər məhdud olduğu üçün seminarda iştirak etmək istəyənlər öncədən qeydiyyatdan keçərək iştiraklarını təsdiqləməlidirlər.

Bizimlə əlaqə və qeydiyyat üçün:
Ünvan: Caspian Plaza, 3-cü korpus, 10-cu mərtəbə,“Nizami” Metro Stansiyasının yaxınlığında
Telefon: (+994 12) 409 95 07
Mobil: (+994 51) 509 95 07
Mobil: (+994 70) 509 95 07
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)