1 May 12:13

Uşaq Psixoloqu İşləmək İstəyənlərin Nəzərinə!

“EDU Co.” İdarəetmə və Konsaltinq Şirkəti və “Preschool Academy” Təlim Mərkəzi uşaq inkişafı sahəsində çalışan psixoloqların və bu sahədə karyerasını qurmaq istəyənlərin bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə “Psycho Lab” Psixoloqların İnkişaf Proqramını həyata keçirir.

Proqram bir ay akademik öyrənmə prosesi, digər ay da təcrübə prosesi daxil olmaqla, 2 ay davam edəcək. Proqrama 8 praktiki seminar və 8 təlimdə iştirak, 5 özəl uşaq bağçasında 5 qrup məşğələsində iştirak və 5 uşaqla seans keçirmək nəzərdə tutulub. Həmçinin proqramın yekununda keçiriləcək imtahandan ən yüksək nəticə göstərən 1 nəfərə iş imkanı yaradılması daxildir.

Proqramın Mütəxəssisləri Kimlərdir?


– Psixiatr Vəfa Şirinova

– Psixoloq Ülviyyə Abdullayeva

– Psixoloq Günel Məhərrəmli

– Psixoloq Murad Babayev

Proqramda İştirak Kriteriyaları Nədir?

– Ali təhsil (Psixologiya ixtisası üzrə)

– Yüksək motivasiyalılıq

– Səmərəli qərar qəbuletmə bacarığı

– Nəticəyönümlülük

– İKT-dən istifadə bacarığı

– Məntiqi düşüncə bacarığı

Proqrama Hansı Mövzular Daxildir?

Proqram çərçivəsində Təlim və Seminar şəklində:

– Yaş dövrləri və yaş krizisləri

– Psixi proseslərin inkişafı

– Uşaq İnkişaf Sahələri və Uşaq İnkişaf Nəzəriyyələri

– Davranış

– Psixoloji Anamnez

– Valideynlərlə iş

– İnsan rəsmi metodikası

– Ailə rəsmi metodikası

– Raven testi

– Piktoqramma testi

– Portic testi

– Uşaq Rəsimlərinin təhlili

– Aqressiv uşaqlarla iş

– Hiperaktiv uşaqlarla iş

– Müxtəlif problemlərin həlli üçün terapevtik nağıllar və oyunlar.

Proqramda İştirak Ödənişlidir. Bir nəfər üçün ümumilikdə 2 aylıq proqramda iştirak haqqı 250 AZN-dir. Korporativ iştirak üçün (minimum 3 nəfər) iştirakçı haqqına 20 % endirim nəzərdə tutulur.

Proqramda iştirak üçün Öz CV-nizi [email protected] elektron ünvanına göndərmək (mövzunu mütləq qeyd edin, “Psycho Lab”) və ya 050 264 50 12 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyata düşmək lazımdır.

Son müraciət tarixi: 15.05.2018

Qeydiyyata alınan namizədlərlə müsahibə keçiriləcək və iştirakçılar müəyyən olunacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)