“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

Cənab Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərininin daha ciddi şəkildə icra olunması üçün tapşırıqlar verib.

Bildiyiniz kimi dünya koronavirusdan əziyyət çəkir, ölkələr bununla bağlı bir sıra ciddi tədbirlər görsə də, virusun durmadan yayılması iqtisadiyyatın zəifləməsi və insan tələfatına gətirib çıxarır. Təəssüf ki, bu yeni növ COVİD-19 Azərbaycandan da yan keçmədi. Cənab Prezident İlham Əliyevin məsələyə çevik reaksiyası, infeksiya ilə bağlı mübarizə tədbirlərinin operativ təşkili və icra olunmasına ciddi şəkildə nəzarəti, vətəndaş cəmiyyətləri tərəfindən yüksək qarşılanır. Cəmiyyət üzvlərinin təhlükəsizliyi düşünülərək​ ​
profilaktika tədbirləri gücləndirildi, əhalinin virusa yoluxmaması üçün bir sıra sərəncam və tapşırıqlar verildi, “Koronavirusla Mübarizəyə Dəstək Fond”u yaradıldı. Məhz Prezident 1 illik əmək haqqını “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na verərək digər dövlət qurumları, özəl sektorlar və vətəndaş cəmiyyətlərinin ianə bəxş etmələrinə örnək oldu. Ölkədə start götürən təşəbbüs şəbəkələnməyə başladı və Azərbaycan xalqının vətəndaş mövqeyini, xalqın birliyini və yardımsevərliyini bir daha ortaya qoydu. Bundan ilhamlanaraq “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi olaraq biz də Prezidentin və Prezindent yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının çağırışına qoşularaq Fonda öz kiçik töhfəmizi göstərmiş olduq.
Bütün bu və ya digər addımlar ilə bərabər vətəndaşların karantin dövrü ərzində qaydalara riayət etməsi olduqca vacibdir. Biz vətəndaşlar virusun yayılmasının qarşısını almaq üçün evdə qalaraq dövlətə dəstək göstərməliyik. 29 mart saat 00:00-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminə əhalinin əməl etməsi onların təhlükəsizliyi
və sağlamlığı üçün olduqca önəmlidir.
Öz növbəmizdə biz də bu müddət ərzində uşaqların asudə vaxtının səmərəli keçirilməsi və maarifləndirilməsinə xidmət edən müxtəlif internet aksiyalar keçirmək niyyətindəyik.
Əminəm ki, dövlətin qaydalarına riayət edərək, aksiyalara qoşularaq ölkəmizə dəstək göstərə biləcəyik. Azərbaycan xalqı öz prezidenti ilə fəxr etməlidir, daim onun ətrafında olaraq bir vətəndaş kimi dəstəkləməlidir!

Hörmətlə: Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Tural Əliyev

Bir cavab yazın

Back to top button