7 Oktyabr 13:33

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi virtual üzvlük qəbulu elan edir.

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi virtual üzvlük qəbulu elan edir.
Siz heç bir yerə getmədən, Birlik qarşısında heç bir uzunmüddətli, əsaslı və fiziki öhdəlik daşımadan sosial şəbəkələr üzərindən Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin fəaliyyətini dəstəkləyə bilərsiniz. Sizin dəstəyiniz bizim fəaliyyətimiz üçün böyük stimul və yüksək əhəmiyyət kəsb edir.
Virtual üzvlərin vəzifə və öhdəlikləri:

Birliyin sosial şəbəkələrdəki səhifələrinə ( facebook, instagram) üzv olmaq;
Profil səhifənizdəki Şəxsi Məlumatlarınız bölümündə Birliyin üzvlüyünə daxil olduğunuz haqqında məlumatın müvafiq xanada yerləşdirilməsi;
İl ərzində ən azı iki dəfədən çox olmamaqla şəxsi profilinizdə Birlik haqqında öz səmimi fikirlərinizi ifadə edərək Birliyin səhifələrini paylaşmaq;
Birliyin fəaliyyəti ilə tanış olduqdan sonra bir neçə dostunuzu Birliyin üzvlüyünə dəvət etməyə nail olmaq;
Birliyin həyata keçirdiyi layihə, tədbir, aksiya və bu kimi fəaliyyəti ilə bağlı xəbərləri şəxsi profilinizdə “facebook” dostlarınızı yormamaq və bezdirməmək şərti ilə paylaşmaqla Birliyin fəaliyyətinin təbliğatına dəstək olmaq;
Birliyin keçirdiyi maarifləndirmə xarakterli aksiyalar zamanı isə mütləq şəkildə aksiyaya dəstək olmaq;
Maarifləndirmə aksiyaları zamanı “facebook” dostlarınızı aksiyanın təbliğat və təşviqatına cəlb etmək;
Birliyi dəstəklədiyi zaman siyasi baxışları nümayiş etdirməmək;
Mütəmadi olaraq müəyyən mövzuların daxili müzakirəsi məqsədilə Virtual Üzvlər üçün “facebook” şəbəkəsində yaradılmış xüsusi qapalı qrupda iştirak etmək;

Virtual üzvlərin hüquqları:
Birliyin keçmiş və gələcək fəaliyyəti haqqında məlumat əldə etmək:
2020-ci il üçün hazırladığı fəaliyyət planının təbdirlərinə dair təklif irəli sürmək
2020-2025-ci illər üçün hədəflədiyi missiyanın müəyyən olunmasında fikir bildirmək;
Cəmiyyətdə uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı problemləri qaldırmaq;
Müəyyən aksiya, tədbir və ya layihələrin təbliğatına dəstək olmaqdan imtina etmək;
Şəxsi istəyinizlə Birliyin tədbirlərində iştirak etmək;
Yaşadığınız bölgəyə, təhsil aldığınız və ya işlədiyiniz müəssisənin fəaliyyətinə dair bildiyiniz hər hansı bir məlumatın əldə edilməsinə kömək etmək;
Şəxsi istiyinizlə Birliyin fəaliyyətinə dəstək ola biləcəyiniz sahə, məsələ haqqında məlumat vermək.

Göstərilmiş öhdəlikləri bir il müddətində icra edən Virtual Üzvlər “Təşəkkürnamə”lər ilə təltif olunacaqlar. İl ərzində 4 dəfə təşkil olunan mukafatlandırma tədbirinə müvafiq olaraq 31.12.2019-cu ilə qədər üzv olan Virtual üzvlər 2021-ci ilin yanvar ayında, 01.01.2020-01.04.2020-ci il tarixləri kəsiyində üzv olan Virtaul üzvlər müvafiq olaraq 2021-ci ilin aprel ayında təşkil olunan mükafatlandırma tədbirinə dəvət olunacaqlar.

Arzu edən şəxslərdən aşağıdakı göstərilən linkə daxil olaraq qeydiyyatdan keçməkləri xahiş olunur. Əlavə sualları olanlar [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)