23 Yanvar 00:30

Uşaqlar oxusun deyə – Xeyriyyə aksiyası

Əziz dostlar!
1 iyun uşaqlar günü ilə bağlı xeyriyyə aksiyamıza start veririk. Aksiya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Uşaqlar oxusun deyə” devizi altında həyata keçirilir.
Aksiyanı keçirilməsində məqsəd bir çox uşaqların ailələrinin maddi vəziyyəti az olması səbəbindən məktəbə gedə bilməməsinin və buna görə də onların təhsillərindən geri qalmalarının qarşısını az da olsa alıb onların təhsil almalarına dəstək göstərməkdir.

Aksiyaya qatılmaq hər bir şəxs oxumadığı, istifadə etmədiyi müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə ehtiyac ola biləcək ləvazimatlarla aksiyaya dəstək ola bilər. Həmçinin, istifadə etmədiyiniz geyimlər, məktəbli geyimləri, oyuncaqlar və s. ilə də aksiyamıza dəstək ola bilərsiniz.
Aksiya ilə hər bir məktəblinin təhsil almasına, valideynlərinin onları oxutmalarına imkanları çatmadığına görə məktəbdən məhrum olmamalarına dəstək göstərmək və məktəblilərə lazım olan hər bir ləvazimatlarla uşaqları təmin etməyə çalışacağıq.
Aksiya 2017-ci ilin may ayına qədər davam etdiriləcək. İyun ayında aksiya çərçivəsində yığılan ləvazimatları xüsusi avtomobil ilə Quba şəhərinin Buduq kəndinə aparılacaq.

Facebook Event
Aksiyaya dəstək olmaq istəyən hər kəs ləvazimatları aşağıdakı ünvana verə bilər:
Ünvan: ATGTİ-nin qərargahı – 28 may küçəsi, 9/13 (23 nömrəli məktəb ilə üzbəüz)
Əlaqələndirici şəxs: 051 576 49 30 – Tahirə Novruzova

Bəyən və paylaş