19 Sentyabr 12:42

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

Sentyabrın 24-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.

Edumap.az xəbər verir ki, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunacaq.

Təlim zamanı uşaqlara ilin fəsilləri və onların xüsusiyyətləri barədə geniş məlumat veriləcək, həmçinin kiçik ekoloqlar ağacların ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə tanış olacaqlar.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcək, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” düzəldəcəklər. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə, onlarla birgə güllər əkiləcək, ağaclara qulluq göstəriləcəkdir.

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq sentyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ağacların Planetimiz üçün çox mühüm əhəmiyyətə malik olduğunu kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verəcək.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Vaxt: 24 sentyabr saat 11:30

Bəyən və paylaş

Rəylər

rəy(lər)