13 Aprel 17:06

Uşaqlar üçün “Hamımız Ulduz Tozuyuq” adlı seminar keçiriləcək

Milyonlarla planet, ulduz və qalaktikalar aşkar edildi. Bəlkə də “kainat” dediyimiz bu məkanda yalnız olmaya bilərik. Unutmamalıyıq ki, toz zərrəsi qədər kiçik olan dünyamızda bizim üçün həyati ancaq kainatımız üçün heç bir şey ifadə etməyən bir çox prosseslər hələ də bizə məlum deyil. Biz elə bir növük ki, yalnız öz yaşadığımız məkanla deyil bütün kosmosla maraqlanırıq, bizi unikal bir varlıq edən bəlkə də elə budur. Larry Niven:”Dinozavrlar yox oldu, çünki onların kosmos proqramları yox idi” dediyi zaman, gələcəkdə insanlığın bütün kosmosa yayılacağını və öz varlığımız dünyamızdan baş yerlərdə də davam etdirəcəyimizi nəzərdə tuturdu. Bəli biz bir gün elm adamlarının sayəsində bütün kosmosa yayılan növ olacağıq, çünki bütün kosmosa bizim dünyamızdır.

Bu elmi tərəqqidə, bu inkişaf mərhələsində iştirakçı olmasaqda ancaq bu nəticələri öyrənə bilərik. Bunun üçün də 13 yaşına qədər uşaqlar üçün təşkil etdiyim “HAMIMIZ ULDUZ TOZUYUQ” adlı seminar uşaqlarınızı gətirin. Seminarda Astronomy Clubun yazarları çox sadə bir dillə uşaqlar üçün danışacaqlar. Slayd şou ilə göstərişlər onlara seminarı daha maraqlı və yadda qalan edəcək.

Seminarın mövzuları:

– Böyük Partlayış Nəzəriyyəsi haqqında
-Astronomiya elminin yaranma tarixi
-Qalaktikalar nədir?
-Ulduzların yaranması və Ulduzlar haqqında nələr bilirik?
– Ulduzların ölümü, Qara dəliklər, səmanın yırtıcıları

-Günəş sistemi
-Planetlər / cırtdan planetlər /peyklər
-Asteroid, kometalar
-Ekzoplanetlər
-Niyə ulduz tozuyuq
-Kosmik cihazlar, missiyalar, planetlər arası səyahətlər.
-Aya insanlı uçuşlar. Neil Armstrong kimdir?
– Teleskopla tanışlıq

Ünvan: Caspian Plaza Konfrans zalı
Tarix: 20.04.2018 Saat 14:00

Bəyən və paylaş

Rəylər

rəy(lər)