Uşaqlar üçün “İnklüziv Hekayə” təlimi

Uşaqlar üçün “İnklüziv Hekayə” təlimi
Dəyərli valideynlər!
“Limitsiz Gələcək” veb platforması “Ritual Mobil Teatr Laboratoriyası” ilə birlikdə 8-12 yaşlı uşaqlar üçün “İnklüziv Hekayə” layihəsi əsasında təlimlər həyata keçirir.
4 gün ərzində uşaqlara bir sıra təlimçilər tərəfindən maraqlı izahlar və interaktiv oyunlarla
• Autizm sindromu
• Daun sindromu
• Fiziki əlillik (Uşaq Serebral İflici) haqqında məlumatlar veriləcək.
Təlim müddətində öyrənilən biliklərlə uşaqlar öz hekayələrini yazacaq və bunlar “Limitsiz Gələcək” veb platformasında yayımlanacaq. Təlim sessiyasının sonunda isə iştirakçılara sertifikat təqdim olunacaqdır.
Uşaqlara limitsiz gələcək bəxş etmək üçün bu gündən başlayaraq birlikdə addımlayaq!
Qeyd: İştirak üçün 4 yanvar tarixinə qədər müraciət formasını doldurmağınız xahiş edilir. 15 nəfər təlimdə iştirak hüququ qazanacaqdır.
Tarix: 7-11 yanvar 2021-ci il
Saat: 12:00- 13:00
Məkan: Zoom

Bir cavab yazın

Back to top button