Uşaqlar üçün proqramlaşdırma və robototexnika dərslərini tədris edə biləcək təlimçi vakansiyası

Edtech Azərbaycan komandası təhsilin keyfiyyətinə, müasir texnoloji yeniliklərdən düzgün istifadə  olunmasına önəm verən tədris  müəssisələrinə və fərdlərə yüksək keyfiyyətli xidmət təqdim etmək üçün fəaliyyət göstəririk. Məqsədimiz dünyanın ən müasir texnologiyalarını, rəqəmsal həllərini və qabaqcıl təcrübəsini ölkəmizdə təhsil  sahəsində fəaliyyət göstərən müəssisələrə və şəxslərə əl çatan etməkdir.

 

Fəaliyyətimiz aşağıdakı sahələri əhatə edir:

 

  • Müəllimlər üçün seminarlar, təlimlər və kurslar
  • Şagirdlər üçün masterklasslar, təlimlər və kurslar
  • Rəqəmsal və veb xidmətlər
  • İT konsultasiya
  • Bloq və resursların hazırlanması

 

Hal-hazırda komandamızda uşaqlar üçün proqramlaşdırma və robototexnika dərslərini tədris edə biləcək təlimçi axtarılır.

 

Təlimçi işi haqqında məlumat:

 

Uşaqlar üçün təqdim olunan proqram əsasında dərslərin və seminarların keçirilməsi

 

Uşaqlarla işləməyə maraqlı və həvəsli olmaq

 

Sinfi idarəetmə bacarığı

 

Öyrənməyə və peşəkar inkişafa maraqlı olmaq

 

Pedaqoji və ya İKT ilə bağlı sahələrdən məzun olmaq

 

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

 

Maraqlanan şəxslər [email protected] elektron poçtuna özləri haqqında məlumatı göndərə bilərlər.

Bir cavab yazın

Back to top button