4 Mart 11:32

“Uşaqlarımızı birlikdə kəşf edək ” layihəsi üçün müraciət başladı

“Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə Baku İdeaLab tərəfindən keçirilən “Öz Səsini Kəşf Et” proqramının “Öz Şəhərini Dəyiş” istiqamətində “ “Uşaqlarımızı birlikdə kəşf edək ” layihəsi üçün müraciət başladı.

Layihənin əsas məqsədi: Valideyn uşaq münasibətlərinin yaxşılaşdırılmasına və cəmiyyətdə düzgün şəxsiyyətin inkişaf etdirilməsinə töhfə verilməsidir.

Valideynlər bu təlimdən nələr qazanacaq?

▫Valideyn – uşaq münasibətləri mövzusunda maarifləndirici məlumatlar əldə etmək
▫Rəsm və interaktiv oyunların təşkili ilə övladları ilə fərqli məşğuliyyətlər kəşf etmək
▫Psixoloji konsultasiyaların keçirilməsi ilə valideyn-uşaq münasibətlərinin yaxşılaşdırılmasına töhfə vermək və aralarındakı anlaşılmazlıqların həlli yollarının tapılması

Layihə valideyn və övladlarının birgə iştirakı ilə baş tutacaq.

Layihədə iştirak üçün 25-40 yaş arası valideynlər və 4-12 yaş aralığında uşaqların iştirakı nəzərdə tutulmuşdur.

Təlim müddəti : 14 Mart 2020, Saat 11:30-14:00
15 Mart 2020, Saat 11:30-14:00

Müraciət linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSe1BWzI8Ifi8jU5WaYENvoeZbo5eD0lg-OwajIeCrPlkkwY5g/viewform

Layihə sonunda fəal iştirakçılara kiçik hədiyyələr təqdim olunacaq.

Təlim ödənişsizdir!

Məkan: Sabunçu rayon Gənclər evi. Ünvan Bakıxanov stansiyası, Yavər Əliyev 91 A,Bakı Azərbaycan

Ətraflı məlumat üçün:
+994775673744

Bəyən və paylaş