12 İyun 21:32

“ Uşaqlarımızı birlikdə kəşf edək ” online layihəsi üçün müraciət başladı

“Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə Baku İdeaLab tərəfindən keçirilən “Öz Səsini Kəşf Et” proqramının “Öz Şəhərini Dəyiş” istiqamətində “ Uşaqlarımızı birlikdə kəşf edək ” online layihəsi üçün müraciət başladı.

📌Layihənin əsas məqsədi: Valideyn uşaq münasibətlərinin yaxşılaşdırılmasına və cəmiyyətdə düzgün şəxsiyyətin inkişaf etdirilməsinə töhfə verilməsidir.

🔸Valideynlər bu təlimdən nələr qazanacaq?

▫️Valideyn – uşaq münasibətləri mövzusunda maarifləndirici məlumatlar əldə etmək
▫️Rəsm və əl işi workshopunun təşkili ilə övladları ilə fərqli məşğuliyyətlər kəşf etmək
▫️Psixoloji konsultasiyaların keçirilməsi ilə valideyn-uşaq münasibətlərinin yaxşılaşdırılmasına töhfə vermək və aralarındakı anlaşılmazlıqların həlli yollarının tapılması. Övladlarınızın seçilmiş rəsmlərinin psixoloq tərəfindən analizi.
📚Bədii ədəbiyyatın uşaq həyatında rolu
💡Erkən yaşlarda yaranan stressin fəsadlarının bioloji aspektləri.

Layihə valideyn və övladlarının birgə iştirakı ilə zoom proqramı vasitəsi ilə online baş tutacaq.

Layihədə 25-40 yaş arası valideynlər və 4-12 yaş aralığında uşaqların iştirakı nəzərdə tutulmuşdur.

Təlim müddəti: 17,18 iyun;
saat 12:00-14:00

Layihə sonunda valideynlərə maarifləndirici kitab; fəal iştirakçılara isə həmçinin hədiyyələr təqdim olunacaq.

Təlim ödənişsizdir!
Təlimə qoşulmaq üçün qeydiyyat linki
LİNK
Ətraflı məlumat üçün:
+994514561598
[email protected]

Bəyən və paylaş