“Usta oxçular” kimi hədəfin kəskin olsun!
Şanlı Vətən Müharibəsi Zəfəri münasibətilə gənclər arası “Usta Oxçular” adlı turnir keçiriləcəkdir. Layihənin məqsədi:
Cəsur Azərbaycan sərkərdələrinin qədim döyüş sursatı olan oxçuluğu gənclər arasında təbliğ edilməsi
Gəncləri oxatma üzrə olimpiya idman növünə cəlb edilməsi
Kamandan ox atma bacarığının təkmilləşdirilməsi
Bu istiqamətdə ümumi biliklərə yiyələnməsi xarakterini daşıyır.
Qeyd edək ki, “Usta oxçular” turniri Sabunçu Gənclər Evi (@sabunchu.ge), Gənclərin İnkişaf və Karyera Mərkəzi (@genclerin_inkisafi) və Azərbaycan Kamandan Oxatma Federasiyasının (@archery_azerbaijan) birgə təşkilatçılığı, Azərbaycan Oxatma Klubu (@archery_az), Azərbaycan Qılıncoynatma Federasiyası (@azerbaijanfencing), Cıdır Atcılıq Mərkəzi (@cidir.atciliq.merkezi) və Qolbaqlar Planetinin (@qolbaqlar.planetii) tərəfdaşlığı ilə həyata keçirilir
Turnirdən öncə məşq prosesi baş tutacaq, iştirakçılar ox, kaman, hədəf o cümlədən zəruri oxçuluq ləvazimat və avadanlığı ilə təmin olunacaqdır. Yarış olimpiya oxçuluq qaydalarına uyğun şəkildə keçiriləcək, klassik kaman və oxlardan istifadə olunacaqdır. Vurğulayaq ki, məşq prosesi və turnir Azərbaycan Kamandan Oxatma Federasiyasının milli yığma üzrə peşakar məşqçiləri tərəfindən ərsəyə gələcəkdir.
Turnirdə 6 komandanın iştirakı nəzərdə tutulub. Hər komanda üzrə 4 iştirakçı olmaqla müvafiq olaraq 2 qız və 2 oğlan komanda şəklində birgə mübarizə aparacaqlar.
Layihədə iştirak etmək üçün 2 formada müraciət edə bilərsiz:
Komanda şəklində
Fərdi şəkildə
Komanda şəklində müraciət qaydası:
2 qız və 2 oğlan olmaqla komanda şəklində qeydiyyatdan keçməlidir. (4 nəfər arasından kapitan seçilir. Kapitan özü və hər kəs adından qeydiyyat linki vasitəsilə müraciət edir)
Fərdi şəkildə müraciət qaydası:
Gənc fərdi şəkildə qeydiyyat linki vasitəsilə müraciət etməlidir
Qeyd: Fərdi müraciət edən şəxslər turnirə seçildiyi təqdirdə, qeydiyyatdan keçənlər arasında vahid komanda formalaşdırılacaqdır.
Qeyd️: Təcrübəsindən asılı olmayaraq hər bir gənc “Oxatma turnirinə” müraciət edə bilər (Təcrübəsi olmayanlar daxil). Bir daha diqqətinizə çatdırmaq istərdik ki, turnirdən öncə məşq prosesi həyata keçiriləcəkdir.
Qeyd: Yalnız müsahibə mərhələsinə keçən iştirakçılar ilə əlaqə saxlanılacaq.
Yaş həddi: 17-25
1,2,3 yerlərə yüksələn iştirakçılar sertifikat, hədiyyə və kuponlar ilə təltif olunacaqdır. Turnirin sonunda hər bir iştirakçıya sertifikat veriləcək, qalib gələn komandaya isə kubok təqdim olunacaqdır
“Usta oxçular” turniri
17 oktyabr
Son qeydiyyat tarixi: 13 oktyabr
Qeydiyyat linki (Komanda şəklində)
https://docs.google.com/forms/d/e/1FAIpQLSciLyz1WssyTn3HCxYgFse4QixCGW-dtpWF3YLYAooLkfmP-A/viewform
Qeydiyyat linki (Fərdi şəkildə)
https://docs.google.com/forms/d/e/1FAIpQLSdX9xY0Rtws-s0M8AMTeIb_J-CIOOHXe7p15v69xCnonMJzUg/viewform
Ünvan: Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 91A
Telefon: (012) 425-60-21
Mobil: +994 50 855 07 00
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur