5 Dekabr 19:11

ÜZ-ÜZƏ MUSİQİ DÖYÜŞÜNƏ HAZIR OL!

ÜZ-ÜZƏ MUSİQİ DÖYÜŞÜNƏ HAZIR OL!

Red Bull Track Club – tələbələr arası qabaq-qabağa musiqi yarışmasıdır. Əsas məqsəd – öz mahnıların ilə kütləni coşdurmaqdır. Bundan əlavə rəqs etmək, kostyumda çıxış etmək və ya başqa üsuldan istifadə etmək olar, seçim sənindir.

Yarışma 4 mərhələdən ibarətdir:

Birinci Raund: 2000-cilərin Ən Yaxşı Mahnıları
Dörddəbir Final: Ən Yaxşı Kinofilm Mahnıları
Yarımfinal: Ən Yaxşı Azərbaycan Mahnıları
Final: 2015-ci ilin Ən Yaxşı Mahnıları

Qaydalar:
– Seçilmiş 16 iştirakçılar püşk atmanın nəticəsi ilə bölünüb mübarizə aparacaq.
– Hər raundun özünə məxsus musiqi kateqoriyası var.
– İştirak etmək üçün özünə DJ adı fikirləşməlisən.
– İştirakçılar 3 mahnını növbə ilə səsləndirərək vuruşurlar. Qalib gələn növbəti mərhələyə keçir!
– Hər mahnını 30 saniyə səsləndirəcəksən. Buna görə də yaxşı məqamını seç.
– Hər döyüşün qalibi kütlənin reaksiyası nəticəsində müəyyən olunur və heç-heçə əlavə mahnının səslənməsi ilə həll edilir.
– Mahnıları telefon, mp3 pleyer və planşet vasitəsi ilə səsləndirmək olar. Noutbuk və ya netbukla iştirak etmək olmaz.
– Bir mahnını iki dəfə istifadə edə bilməzsən.

Qeydiyyat – http://trackclub.redbull.az/
Keçiriləcək yer – Pasifico | Saat – 20:00

Son qeydiyyat: 7 Dekabr

Əlavə məlumat üçün 012 491 80 85 nömrəsinə zəng edə bilərsən.

Bəyən və paylaş

Rəylər

rəy(lər)