21 Oktyabr 19:45

Üzülməyin xanım

Yoxluğu boşluq yaradıbsa xanım,

qəlbinizə hüzün çökər.

Gedibsə əgər,səssiz,səmirsiz,

Varlığınız yoxluğuna,

hay-küy tökər.

Üzülməyin,incətməyin özünüzü,

o halda ki,vicdanı

yerə vurdu geri qayıt sözünüzü.

O halda ki,

sevgi dolu o günləri,

o halda ki,

təbəssümlə dolu olan ötənləri,

acımasız addımlarla,

bir yox etdi,bir heç etdi.

Üzülməyin xanım,

bəlkə bu gedişləri,

bir başqa xoşbəxtliyə

sirli,gizlin bir keçitdi.

Baxın çıxan bir günəşə,

şəfəqləri nə gözəldi,

Bu havada gözdən yaşmı axıdılar,

gedən,onsuz hey gedəndi.

Üşüdülən ruhunuzu,

təbəssümlə istilədin,

Keçmişləri düşünmədən

addımları gələcəyə

siz yönəldin.

~ Tarix: 04.05.2013 ~ Müəllif: Ceyhun Elşadsoylu

Bəyən və paylaş

Rəylər

rəy(lər)