Vərəsəlik hüququ və təcrübədə rast gəlinən problemlər adlı təlim

Sizi “Azərbaycanda VƏRƏSƏLİK hüququ və təcrübədə rast gəlinən problemlər ” mövzusunda keçiriləcək görüşdə iştirak etməyə dəvət edirik.
Tədbir 28 may 2016-cı il tarixdə, saat 14:00-da, Nizami küçəsi 93 ( Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz ) ünvanında yerləşən ofisdə keçiriləcəkdir.
Görüşün moderatoru “WWW.HUQUQIYARDIM.AZ” qurucusu, hüquqşünas Cavad Mustafazadə olacaq.

Görüşdə ekspert qisimində Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov iştirak edəcək.

Ekspert haqqında daha ətraflı məlumatı burdan əldə edin:
http://huquqiyardim.az/pasa-səfərov/

Tədbirdə ishtirak etmək arzusunda olanlar CV-lərini 26 may 2016-cui il, saat 18:00-dək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət edərkən, mövzu yerində tədbirin mövzusu qeyd edilməlidir.
Tədbirdə iştirak etməyə seçilən iştirakçıların siyahısı e-mail vasitəsilə açıqlanacaq.
İştirak ödənişsizdir.
Əlaqə üçün:
077537167

Bir cavab yazın

Back to top button