22 Yanvar 11:53

“Vətən burdan başlayır!” adlı sərgi-müsabiqə

Əziz dostlar!

Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə “Vətən burdan başlayır!” adlı sərgi-müsabiqəsini elan edir:

Müsabiqə təsviri sənətin bütün nominasiyalarını əhatə edir.

1. Rəngkarlıq
2. Akvarel
3. Qrafika
4. Heykəlltaraşlıq

Məqsəd rəssam ilə seyirci arasında münasibətləri inkişaf etdirmək üçündür.

Sərgidə seçim ictimai rəyə əsaslanacaq.

Yəni, qiyməti seyirci verəcək. Sərgidə iştirak edən hər kəs səs vermə hüququna malikdir.

İştirak etmək istəyənlər aprelin 15-nə kimi ən azı bir işinin fotosunu Xətai Sənət Mərkəzinin facebookdakı səhifəsinin (Bakı Xətai Sənət Mərkəzihttps://www.facebook.com/xsm.art.az/) mesaj qutusuna göndərməlidir.

Sərgi-müsabiqə 2016-cı il may ayının 6-da Xətai Sənət Mərkəzində olacaq.

Yaş həddi yoxdur.
Müvzu sərbəstdir.

Hər kəsə uğurlar!

Bəyən və paylaş

Rəylər

rəy(lər)