4 Yanvar 07:20

Vakansiya: Əməliyyatlara nəzarət üzrə mütəxəssis

“Kapital Bank” əməliyyatlara nəzarət üzrə mütəxəssis vəzifəsinə  işçi qəbulu elan edib. Ali iqtisadi və ya riyazi təhsilli, banksahəsində 2 illikiş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri

  1.       Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
  2.       Bank əməliyyat sistemi və digər əməliyyat sistemlərinin rekonsilasiyası;
  3.       Filiallarda olan əməliyyat işçilərinin işinə funksional nəzarət etmək.

Namizədə dair tələblər

  1.       İqtisadi və ya riyazi sahədə ali təhsil;
  2.       Məsuliyyətlilik və dəqiqlik;
  3.       Bank işi üzrə biliklər (ön və arxa ofis sahələri);
  4.       Analitik düşünmə qabiliyyəti və problem həlletmə bacarığı;
  5.       Fərdi və komanda şəklində işləmək bacarığı;
  6.       Bank sahəsində 2 illik iş təcrübəsi;
  7.       Azərbaycan dilini əla və Rus dilini yaxşı bilmək.

Müraciət etmək istəyən namizədlər CV-ləri  mövzu başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərə bilərlər.

Əlaqə tel: 196

Bəyən və paylaş

Rəylər

rəy(lər)