20 Dekabr 18:23

Vakansiya: Agentlərlə iş şöbəsinin baş mütəxəssisi

“Qala Həyat” sığorta şirkəti agentlərlə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib. Ali təhsilli, sığorta agentlərinin cəlb olunması və inkişaf edilməsi vəzifəsində ən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər

– Təhsili: istənilən istiqamət üzrə bakalavr dərəcəsi;

– Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurma;
– İş təcrübəsi: Sığorta agentlərinin cəlb olunması və inkişaf edilməsi vəzifəsində ən azı 3 il təcrübə
– Şəxsi keyfiyyətləri: təqdimat və inandırıcılıq qabiliyyəti.

Əsas vəzifə öhdəlikləri

– Sığorta agentlərin əməkdaşlığa cəlb olunması
– Yeni sığorta agentlərin işə cəlb olunması üçün lazımi tədbirlərin keçirilməsi
– Agent şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi
– Sığorta agentləri üçün təlim kurslarınnın keçirilməsi, onların attestasiyasının edilməsi
– Agent şəbəkəsinin elektron bazasının yaradılması
– Sığorta agentlərin səmərəli işləməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi

İş şəraiti və şərtləri

– İş vaxtı 09:00-dan 18:00-dəkdir;
– Həftədə 5 iş, 2 istirahət günü;
– Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir;
– Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
– Əmək haqqından əlavə tibbi sığorta, rüblük və illik nəticələrə əsasən mükafatlandırma tətbiq edilir.

Maraqlanan namizədlər  məktubun mövzu (subject) yerinə ” Agentlərlə iş şöbəsinin baş mütəxəssisi ” yazıb CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Telefon: 1540; +994 12 404-77-74;

Bəyən və paylaş

Rəylər

rəy(lər)