17 Avqust 13:37

Vakansiya: “Azərbaycan üçün Öyrət” proqramının direktoru

DİQQƏT! VAKANSİYA!

Vəzifə: “Azərbaycan üçün Öyrət” proqramının direktoru

“AZƏRBAYCAN ÜÇÜN ÖYRƏT” TƏHSİL PROQRAMI HAQQINDA

“Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”), Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Kapital Bankın dəstəyi ilə həyata keçirilən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanlar yaradan təhsil proqramıdır.
Proqramın məqsədi, müxtəlif sosial səbəblərdən keyfiyyətli təhsilə məhdud çıxışı olan şagirdlərin tədrisinə dünyagörüşlü, bacarıqlı və savadlı potensial liderləri müəllim olaraq cəlb etmək və təhsil sahəsində aparılan islahatlara dəstək verməkdir. Bununla “Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradaraq əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasına dəstək olacaq. Proqram, Bakı və regionlardakı ümumi orta müvəffəqiyyət göstəriciləri aşağı olan məktəbləri əhatə edir. “Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) 35 ölkədə fəaliyyət göstərən “Teach for All” beynəlxalq təhsil şəbəkəsinin təcrübəsi əsasında fəaliyyət göstərən, şagirdlərin bilik və dünya görüşlərinin artırılması üçün əlçatan və rahat proqramdır.
VƏZİFƏNİN ÜMUMİ XARAKTERİSTİKASI
Proqram direktorunun əsas vəzifəsi proqramın strateji istiqamətini və cari idarəetmə planını müəyyənləşdirmək və ona nəzarət etməkdir. Proqram direktoru vəzifəsi məqsədyönümlü, işgüzar və strateji düşünmə bacarığı tələb edir.
Proqram Direktorundan, yeni maraqlı tərəfdaşları proqrama cəlb etmək, həmçinin effektiv və nəticə-yönümlü komanda yaratmaq bacarığı tələb olunur. Əlavə olaraq, bu şəxs, işçi heyətinin idarəolunması, proqramın inkişafı və maliyyə sabitliyinə cavabdeh olacaq.
ÖHDƏLİKLƏR
Strateji İdarəetmə və Təşkilati Liderlik
• İdarə heyəti ilə birgə iş apararaq, proqram strategiyasını müəyyənləşdirmək
• İşçi heyətinin qarşısına fəaliyyət göstərdikləri sahələr çərçivəsində iddialı hədəflər qoymaq və bu hədəflərə çatmaq üçün onları davamlı olaraq yönləndirmək.
• Proqramın hədəf və məqsədlərinə çatması üçün İcra Komitəsinə, yüksək təsiretmə bacarığı və şəbəkəyə malik, nəticə-yönümlü üzvlər cəlb etmək.
• Proqramın məzunları və işçi heyəti arasında əsası güclü dəyərlərə dayanan korporativ mədəniyyətin aşılanması.
• Motivasiyalandırmaq bacarığı.
Xarici əlaqələr və Kommunikasiya
• Proqramın genişlənməsi üçün lazımi maddi resursları toplamaq, müəllimlərin məktəblərdə yerləşdirilməsi prosesini tənzimləmək, həmçinin “Teach For Azerbaijan” modelinin Azərbaycanda tanınması və dəstəklənməsinə nail olmaq.
• Proqram kimi böyümək; hökumət maliyyəsindən, fərdi şəxslərdən, korporasiyalar və fondlardan alınan ianələrlə sabit və davamedici maliyyə bazasını təmin etmək.
• Strateji əhəmiyyətli tərəfdaşlarla, mövcud və potensial əməkdaş məktəblərlə güclü əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün strategiyanın hazırlanması.
• Müxtəlif tədbirlər və danışıqlar zamanı proqramın siması qismində çıxış etmək.
Resursların idarəolunması
• Proqram büdcəsinin inkişafı və büdcəyə nəzarət
• Yüksək peşəkarlıqlı işçilərin axtarılması, seçimi, təlimi və proqramda davamlı fəaliyyət göstərməsi üçün güclü İnsan Resursları fəaliyyətinin inkişaf etdirilməsi.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
Təhsil və Təcrübə:
• Minimum bakalavr dərəcəsi tələb olunur. Biznes idarəetməsi, təhsil və ya siyasət üzrə magistr və ya doktorantura dərəcələrinin olması arzuolunandır.
• Proqrama maraqlı tərəfdaşlarla əlaqələrin qurulması təcrübəsi
• Komanda idarəetməsində minimum 5 illik idarəetmə təcrübəsinə malik olması.
• Büdcə və maliyyə ilə işləmə təcrübəsi, eləcə də sahibkarlıq yönümlü fundreyzinq təcrübəsinin olması vacibdir.
• Yüksək səviyyəli ingilis dili biliyinin olması. Rus dili bilməsi arzuolunandır.
• Məktəblilərlə iş təcrübəsinin olması üstünlükdür.
Bilik, Bacarıq və Səriştələr:
• Liderlik xüsusiyyəti
• Analitik düşünmə qabiliyyəti
• Ünsiyyətçilik və çevik qərar vermə qabiliyyəti
• Yerli və beynəlxalq təhsil təcrübələri haqqında məlumatlı və bilikli olmalı
• Müxtəlif təbəqələrdən olan auditoriyalarla, yazılı və şifahi nitq vasitəsilə effektiv ünsiyyət yaratmaq qabiliyyəti.
Əmək haqqı
Əmək haqqı fərdi olaraq razılaşdırılır və namizədin təcrübəsindən asılı olaraq dəyişir.
Müraciət etmək üçün CV-nizi 25 avgust 2016-ci il tarixinədək [email protected] email ünvanına göndərin.

Bəyən və paylaş

Rəylər

rəy(lər)