7 Dekabr 12:54

Vakansiya: Bərdə filial müdiri

Filial müdiri

Vəzifəyə olan tələblər
• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);

• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
• Vətəndaş qüsursuzluğuna malikolma;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• Hesabatın hazırlanması və yazışma bacarığı;
• Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
• Etikalı olmaq;
• Mərkəzi Bankın təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
• Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olması;
• Bu sahədə dörd illik təcrübəyə malik olması;
• Filialın işlərini planlaşdırma bacarığına malik olması;

Əsas vəzifələr

• Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
• Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
• Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;
• Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
• Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək;
• Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
• Daxili kredit komitələrinə rəhbərliyi həyata keçirmək;
• Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;

CV-ləri “Bərdə filial müdiri” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)