17 Avqust 12:51

Vakansiya: Baş mühasib

Vəzifə : Baş mühasib;

Əmək haqqı: razılaşma yolu ilə;

Əmək şəraiti: 5 günlük iş həftəsi, 09.00 – 18.00; şənbə günü 09.00 -13.00

İşəgötürən: «Sentra» şirkəti – Təhlükəsizlik, videomüşahidə sistemləri, avtomatlaşdırma, İT sistemlərinin inteqrasiyası;

Təhsil: Ali İqtisadi təhsil;

İş təcrübəsi: 5 ildən az olmayaraq iş təcrübəsi.

Tələblər:
Ali İqtisadi təhsil (Maliyyə, Mühasibat Uçotu);
Mühasibat və maliyyə sahəsində ən az 5 il təcrübə;
Dillər : azərbaycan dili;
MS Office və 1C 2 8.3 – yüksək səviyyədə;
Azərbaycan Respublikası Vergi Məcəlləsi və Əmək Məcəlləsini bilməsi.

Vəzifə təlimatı:
Həvalə edilmiş şöbənin idarəedilməsinin planlaşdırması;
Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi;
Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması;
Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
Mühasibat uçotunun aparılma qaydalarına riayət olunmasına nəzarətini həyata keçirir;
Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot-hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
Şəxsi keyfiyyətlər:
Nəticəyə yönəlik;
Ünsiyyət qurma bacarığı;
Komandada işləmə bacarığı;
Məsuliyyətli, dəqiq, çalışqan və intizamlı olması;
Öyrənmək qabiliyyəti;
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkililə)

[email protected] elektron poçt ünvanına göndərə bilərlər. Göndərilən məktubun “mövzü” yerində

“Baş mühasib” qeyd edin.

Bəyən və paylaş

Rəylər

rəy(lər)