4 Yanvar 07:28

Vakansiya: Cəlilabad filial üçün kredit mütəxəssisi

“Kredit Aqro” Cəlilabad filial üçün kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib.  21-35 yaşlı orta və ya ali təhsilli Microsoft Office (xüsusən Word və Excel) proqramlarında işləmək bacarığı olan namizədlər işlə bağlı müraciət edə bilərlər.

Əsas vəzifə öhdəlikləri

– Təşkilatın kredit məhsullarını təbliğ edir və müştəriləri cəlb edir, birbaşa marketinq və satış funksiyasını həyata  keçirir

– Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir
– Müştərinin biznesinin maliyyə təhlilini həyata keçirir
– Kreditin verilməsi ilə bağlı sənədləşmə işlərini aparır
– Kredit portfelinin keyfiyyətinə və geri ödənişlərə nəzarət edir

Namizədə dair tələblər

  •          Yaş həddi : 21 – 35
  •          Orta ixtisas və ya Ali təhsil
  •          İş  təcrübəsi tələb olunmur
  •          Məsuliyyətli, dəqiq, etibarlı və detallara diqqət etmək qabiliyyəti
  •          Analitik düşünmə və riyazı təhlil etmə bacarığı olmalı;
  •          Müştərilərlə ünsiyyət qurmaq bacarığı
  •          Komandada işləmək  bacarığı
  •          Microsoft Office (xüsusən Word və Excel) proqramlarında işləmək bacarığı

MAAŞ + AYLIQ BONUS

İşlə bağlı müraciət etmək istəyən namizədlər CV-ləri mövzu hissəsində müraciət edilən vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Ünvan :

Bakı ş., Nizami küç. 1/3 Sapphire Plaza, AZ1001

Tel/ Faks :

( +994 12 ) 441-21-34 (çox kanallı)

E-mail:

[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)