9 Aprel 09:42

Vakansiya: Geyim dizayneri

Woous Group “geyim dizayneri” vakansiyası üzrə namizədlərin qəbuluna başlayıb. Əgər siz də bu sahə üzrə özünüzə güvənirsinizsə və dünyada tanınmış bir geyim dizaynerinə çevrilmək və eyni zamanda da yüksək gəlir əldə etmək istəyirsinizsə müraciət etməyə tələsin. Namizədlərin qəbulu iki mərhələdə aparılacaq;

I mərhələdə namizəd aşağıda qeyd olunmuş elektron poçta ad soyad və telefon nömrəsi ilə birgə hazırladığı işlərdən bir neçə nümunə göndərməlidir. Minimum nümunə sayı 2-dən az olmamaqla, tamamilə kreativ və yaradıcı, trendə uyğun geyim dizaynları mütləq şərtlərimizdir. Digər dizaynlara bənzəyən və ya bütünlükdə onların eynisi olan dizayn nümunələri qəbul edilməyəcək.

II mərhələdə seçilmiş nümunələrin sahibləri ilə müsahibə xarakterli görüş baş tutacaq. Müsahibədə iştirakdan sonra hüquqi sənədləşmə və işlə bağlı təlimlər keçiriləcək.

Müraciət üçün nümunələri [email protected] elektron poçtuna göndərməyiniz kifayətdir.

Bəyən və paylaş