Vakansiya: Hüquqşunas

“Parabank” hüquqşunas vəzifəsinə işçi qəbulu elan edib. Ali hüquqi təhsilli,məhkəmə icra işləri üzrə ən azı 1 il iş təcrübəsi olan namizədlər işlə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər:

  •          Ali hüquqi təhsil;
  •          Məsuliyyətli olmalı;
  •          Komandada işləmə bacarığı,
  •          Ünsiyyət qurabilmə qabiliyyəti;
  •          Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədən yüksək;
  •          Hüquqşunaslıq- məhkəmə icra işləri üzrə ən azı 1 il iş təcrübəsi;

Maliyyə strukturlarında – bank və sığorta şirkətlərində işləyən hüquqşünaslara üstünlük verilir.

Əsas vəzifə öhdəlikləri:

  •          Azərbaycan Respublikası Mülki və mülki prosessual, icra qanunvericiliyini bilməli;
  •          İpoteka və Banklar haqqında qanunu bilməli;
  •          Kargüzarlığın əsasları;
  •          Hüquqi nitq və yazışma qabiliyyəti;
  •          Məhkəmə və digər dövlət orqanlarında təmsilçilik ;
  •          Müqavilələrin və digər sənədlərin tərtibi və hüquqi ekspertizasını bilməli;
  •          Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirilməsi

Namizədlər CV-ləri hüquqşünas mövzusu ilə [email protected] elektronünvanına göndərə bilərlər.

Telefon:  (012) 447 10 00

Bir cavab yazın

Back to top button