29 May 19:26

Vakansiya: İcraçı Direktor Müavini

İcraçı Direktor Müavini üçün elan

Azərbaycan Sosial İş İctimai Birliyi könüllük əsasında İcraçı Direktor Müavini vəzifəsinə namizəd üçün elan verir.

Namizədlərə tələb olunan keyfiyyətlər:

Sosial iş ixtisası tələbəsi və ya məzunu;
İctimai təşkilatlarda 1-2 il könüllü iş təcrübəsi;
Yüksək komputer bacarıqları;
Azərbaycan dilini mükəmməl, İngilis dilini yaxşı bilmək (digər dillər üstünlükdür);
Komanda da işləmək bacarığı;
Layihələrin yazılması və idarəedilməsi sahəsində biliklər;
Məsuliyyətli və tələbkar olmaq;
Mükəmməl ünsiyyət və yaxşı təqdimat bacarıqları.

İcraçı Direktor Müavini aşağıdakı işləri icra edəcəkdir:
– Müxtəlif layihələrin hazırlanmasında, icra edilməsində, habelə, ideyaların reallaşmasında təşəbbüslərlə çıxış etmək, aktiv fəaliyyət göstərmək;
– İcraçı Direktorun və İcraçı Strukturun qəbul etdikləri qərarlarının, layihələrin, praqramların və s. icrasını həyata keçirmək;
– İçtimai Birliyin işinin qurulması məqsədi ilə təşkilata ianələrin, qrantların və digər vəsaitlərin toplanması işində yaxından iştirak etmək;
– Yerli və beynəlxalq tədbirlərdə İctimai Birliyi təmsil etmək;
– Sosial iş sahəsində ehtiyacı olanlarla işləmək, təlimlərdə iştirak etmək, müəyyən təlimlər keçmək işini öhdəsinə götürür;
– Sosial işin təbliği və inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkil edilməsi, layihələrin icra edilməsi.
– və digər rutin işlər.

Maraqlanan namizədlərdən niyyət məktubu (2 paraqrafdan çox olmayan məktubda nə üçün bu pozisiyaya müraciətiniz haqqında yazın) ilə CV-lərini [email protected] ünvanına 2017, 3 iyun tarixinə kimi göndərməyi xahiş olunur.

AZSİB ölkədəki professional sosial işçilərin assosiasiyasıdır, könüllülük əsasında ölkədə sosial işin, sosial iş təhsilinin və sosial xidmətlərin inkişaf etdirilməsi, bu sahədə beynəlxalq təcrübənin ölkəyə gətirilməsi istiqamətində işləyir.

Bəyən və paylaş