13 Dekabr 09:20

Vakansiya: İngilis dili müəllimi (GƏNCƏ)

Vakansiya: İngilis dili müəllimi (GƏNCƏ)

İşə götürən: Kaspi Təhsil Şirkəti

Elan tarixi: 9 Dekabr 2015

Son tarix: 23 Dekabr 2015

Vakansiya nömrəsi: 022

Yerləşdiyi ərazi: Gəncə

İş saatları: Dəyişkən (Cədvələ əsasən)

Vakansiya tələbləri

Pedaqoji sahədə ali təhsil – minimum Bakalavr (İngilis dili müəllimliyi, Tərcümə, Britaniyaşünaslıq və Amerikaşünaslıq ixtisasları üzrə);

İngilis dilinin tədrisi üzrə minimum 1 il iş təcrübəsi;

Tələbələr və şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə;

TOEFL və ya IELTS sertifikatlarının olması üstünlükdür;

Xaricdə təhsil alması üstünlükdür;

Vəzifə və funksiyaları

İnteraktiv metodlarla ingilis dilinin bütün səviyyələrinin tədrisi;

İngilis dilinin müxtəlif yaş qrupları üçün tədrisi;

Aylıq tədris planının hər qrup üçün hazırlanması;

Tələbələr üçün dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması;

Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə verilməsi;

Rəhbərliyə mütəmadi olaraq tələbələrin göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi;

Müəllimlər üçün təşkil olanan təlimlərdə iştirak edilməsi;

Maraqlananlar veb səhifədə göstərilən ərizə formasını doldurub [email protected] ünvanına göndərə bilərlər. Şəxsi CV-lər qəbul olunmur.

Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “İngilis dili müəllimi (GƏNCƏ)”

Elana verilmiş vakansiya üzrə yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Ərizə forması

Bəyən və paylaş

Rəylər

rəy(lər)