6 Noyabr 13:49

Vakansiya: Kiçik ekspert

“Bank of Baku” kiçik  ekspert vəzifəsinə işçi qəbulu elan edib.Ali təhsilli, 1ilə yaxın iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər

– Yaş 22-25

– Ali təhsil
– İş təcrübəsi 1 ildən aşağı
Təhlil etmə bacarığı
Təşəbbüskarlıq
Yüksək ünsiyyətqurma bacarığı
Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
Azərbaycan dilini əla bilmək (Rus dili bilikləri olanlara üstünlük veriləcəkdir)
MS Office proqramları ilə işləmə bacarığı
 Elanın bitmə tarixi: 3Dekabr, 2015

İş barədə məlumat

– Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin təhlilində iştirak edir
– Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış ərizələrin rəsmiləşdirilməsini təmin edir
– Verilmiş kreditlərin öhdəliklərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatı vasitəsi ilə öhdəlikləri təqib edir
– Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir
– Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların İstehlak kreditləri bölməsinin girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanmasını təmin edir
– Baxılmış ərizələr və aparılan əməliyyatlar barədə müştəri sirrinin qorunmasını təmin edir

Tələblərə uyğun namizədlər öz CVlərini hr@bankofbaku.com ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. (Məktubun subject bölümündə“xəzinədarlıq” sözünü qeyd etməyi unutmayın!)

Telefon:(012) 447-00-55

Bəyən və paylaş

Rəylər

rəy(lər)