13 Avqust 12:37

Vakansiya: Korporativ bankçılıq şöbəsinin Baş Mütəxəssisi

Bank BTB” Korporativ bankçılıq şöbəsinin Baş Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.  

İş barədə məlumat:

• Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;

• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
• Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin  hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
• Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
• Bankın korporativ məhsul və xidmətlərinin təbliğat – təşviqat materiallarının strukturunun və mətninin hazırlanması;
• Bankın satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.

Namizədə tələblər:

– ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
– ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
– Azərbaycan, Rus və İngilis dilləri;
– ünsiyyətqurma bacarığı;
– satış bacarığı;
– analitik bacarıq;
– yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 Avqust , 2016-cı il tarixinədək  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin Baş Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)