18 Dekabr 21:14

Vakansiya: Kredit nəzarəti üzrə mütəxəssis

“TBC Kredit” kredit nəzarəti üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib. İqtisadiyyat  və ya maliyyə-kredit  sahəsində ali  təhsilli, kredit portfelinin monitorinqi,nəzarət  və ya auditi sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

– Kredit mütəxəssisləri tərəfindən kredit portfelinin monitorinq/nəzarət prosesini təşkil edilməsi və onun keyfiyyətli icrasına nəzarət edilməsi;

– Borcluları ziyarət edərək maliyyə və biznes məlumatının toplanması və təhlili ilə kredit portfelinin monitoringinin keçirilməsi;
– Verilmiş kreditlərin məqsədli istifadəsinə nəzarət;
– Kredit dosyelərinin/fayllarının tələb olunan sənədlərin toplanmasinda və verilmiş kreditlərin rəsmiləşdirilməsində çatışmazlıqları müəyyən etmək məqsədi ilə yoxılanılmasısi;
– Problemli kreditlərin odətdirilməsi ilə bağlı tədbirlərdə iştirak etmək;
– Kredit portfelinin keyfiyyətinə nəzarətin yaxşılaşdırılması və onun problemli hissəsi ilə işin təkmilləşdirilməsinə yönəlmişi prosedurların hazırlanması və rəhbərliyə təklif olunması;
– Daxili elektron informasiya sistemlərində kredit  portfelinin keyfiyyəti ilə bağlı məlumatın tamlığı və həqiqiliyini təmin etmək;
– Kredit portfelinin cari keyfiyyətini və baş vermiş dəyiəikləri əks etdirən, dövr ərzində görülmüş işlər və onların nəticələri barədə hesabatların hazırlanması və rəhbərliyə təhvil verilməsi.

Namizədə dair tələblər:

– İqtisadiyyat, və ya maliyyə-kredit  sahəsində ali  təhsil;
– Kredit portfelinin monitorinqi /nəzarət  və ya auditi sahəsində təcrübəsi;
– Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
– İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
– Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramında işləmək bacarığı;
– İngilis və rus dilindən müəyyən səviyyədə biliklərə malik olmaq.

Maraqlı namizədlər  CV-ləri 17 yanvar 2016-cı il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Bakı AZ1010, 28 May küç., 71-77

Telefon: (+994 12) 598 22 12

Bəyən və paylaş

Rəylər

rəy(lər)