Vakansiya: Kreditlərə nəzarəti və təhlili üzrə analitik

“Caspian Development Bank CDB” ASC-tə təcili Kreditlərə nəzarəti və təhlili üzrə analitik tələb olunur!

Tələblər:
• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil;
• Kredit portfelinin monitorinqi /nəzarəti və ya auditi sahəsində iş təcrübəsi;
• Ünsiyyət qurma bacarığı, komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramında işləmək bacarığı;
• İngilis və rus dilindən müəyyən səviyyədə biliklərə malik olmaq.
Öhdəliklər:
• Kredit mütəxəssisləri tərəfindən kredit portfelinin monitorinq/nəzarət prosesini təşkil edilməsi və onun keyfiyyətli icrasına nəzarət edilməsi;
• Borcluları ziyarət edərək maliyyə və biznes məlumatının toplanması və təhlili ilə kredit portfelinin monitoringinin keçirilməsi;
• Verilmiş kreditlərin məqsədli istifadəsinə nəzarət;
• Kredit dosyelərinin/fayllarının tələb olunan sənədlərin toplanmasinda və verilmiş kreditlərin rəsmiləşdirilməsində çatışmazlıqları müəyyən etmək məqsədi ilə yoxılanılması;
• Problemli kreditlərin ödənilməsi ilə bağlı tədbirlərdə iştirak etmək;
• Daxili elektron informasiya sistemlərində kredit portfelinin keyfiyyəti ilə bağlı məlumatın tamlığı və həqiqiliyini təmin etmək;
• Kredit portfelinin cari keyfiyyətini və baş vermiş dəyişikləri əks etdirən, dövr ərzində görülmüş işlər və onların nəticələri barədə hesabatların hazırlanması.
CV-lərinizi müraciət etdiyiniz vakansiyanın adının göstərərək, Bankın [email protected] mail ünvanına yönəltməyinizi xahiş edirik.
Vakansiya üzrə qeyd olunmuş tələblərə uyğun olmayan və ya müraciət etdiyi vəzifənin adı göstərilməyən CV-lər seçim prosesindən uzaqlaşdırılır.

Bir cavab yazın

Back to top button