23 Oktyabr 10:50

Vakansiya: Məlumat Mərkəzi üzrə təlimçi

Tələblər:
• Ali iqtisadi təhsil
• Məlumat mərkəzi/ Müştərilərlə iş/ Satış sahəsi üzrə iş təcrübəsi arzu olunandır
• Azərbaycan və Rus dillərində sərbəst danışmalı
• İngilis dili arzu olunandır
• MS Office proqramlarından istifadə bacarığı
• Düzgün tələffüz və diksiya
• Səbrli
• Təmkinli
• Ünsiyyət qurma bacarığı
• İnandırma qabiliyyəti
• Cəlb etmə bacarığı
• Pozitiv

Vəzifə öhdəlikləri:
• Müştəri sorğularının cavablandırılması, müraciətlərə əsasən optimal həllərin təklifi
• Bankın daimi müştərilərinə onların hesabları, hesablar üzrə aparılan əməliyyatlar haqqında məlumatların verilməsi
• Müştəri təklifləri və şikayətləri ilə iş
• Daxil olan zənglər haqqında məlumatların elektron məlumat bazasına daxil edilməsi
• Telefon vasitəsi ilə birbaşa satışların həyata keçirilməsi
• Sorğu və rəylərin toplanılması məqsədi ilə, müştəri bazası üzrə çıxan zənglərin həyata keçirilməsi
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] (Sabina Qulamzadə) elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Bəyən və paylaş

Rəylər

rəy(lər)