22 Oktyabr 21:37

Vakansiya: Mobil İnternet Üzrə Yarimbölmə Rəhbəri

Son tarix: 01.11.2015

Şöbə: Məhsul Marketinqi şöbəsi

Vəzifənin adı: Mobil İnternet Üzrə Yarimbölmə Rəhbəri

Vəzifə təlimatl: Həm istehlak, həm də biznes bazarı üçün keyfiyyətli və yeni mobil internet məhsullarının təqdim olunmasında liderliyi öz üzərinə götürmək; Bakcell şirkətinin mobil

internet portfeli üçün biznes strategiyanı və məhsul konsepsiyasını yaratmaq; Məhsulların və xidmətlərin tam həyat dövrünü idarə etmək – ideya formalaşdırmaq, konsepsiyanı inkişaf etdirmək, potensialı qiymətləndirmək, qiymət təyin etmək, təhlil etmək; İstənilən məhsulun funksionallığını müəyyən etmək və bütün elementlərin göstərilmiş tələblərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək üçün digər qruplarla əməkdaşlıq etmək; Mobil data xidmətləri üçün yeni biznes modellər işləyib hazırlamaq; Mobil internet xidmətləri üçün bazar meyllərini müəyyən etmək; Mobil İnternet Gəlirləri, Kütləvi istehlak məhsulları bazarında və Korporativ məhsullar bazarında Mobil İnternetin və Smartfonların nüfuzetmə səviyyəsi üzrə qoyulmuş hədəflərə nail olmaq üçün məhsulları inkişaf etdirmək və icra etmək; Bakcell brendini daşıyan mobil telefon cihazları üçün təkliflər işləyib hazırlamaq; Rəqiblərin fəaliyyətini izləyib təhlil etmək və rəqabətə qarşı qabaqlayıcı və cavab tədbirlərini işləyib hazırlamaq; Mobil internet xidmətlərinin məhsuldarlığı üzrə Əsas Effektivlik Göstəricilərini (KPİ) işləyib hazırlamaq və nəzarət etmək; Əsas marağı olan tərəflər üçün nailiyyətlər və əsas inkişaf mərhələləri üzrə status yenilənmələrini hazırlamaq və təqdim etmək

Təhsil: Bakalavr və ya Magistr dərəcəsi

Dil bilikləri: İngilis, Azərbaycan və Rus dilləri

Komputer bacarıqları: MS Office – Word, Excel, Outlook

İş təcrübəsi: Telekommunikasiya sənayesində Məhsulların inkişaf etdirilməsi sahəsində ən azı 3 il təcrübə; Mobil İnternet Məhsullarının inkişaf etdirilməsi sahəsində uğurlu iş təcrübəsi

http://www.bakcell.com/az/jobs/product-development-in-marketing-area-head-of-mobile-internet-sub-unit

Bəyən və paylaş

Rəylər

rəy(lər)