1 Avqust 14:38

Vakansiya: Mühasib

“AzSığorta” şirkəti mühasib vəzifəsinə işçi axtarır.

22-40 yaşlarında ali təhsilli, 2 ildən artıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 25-dir.

Namizədə dair tələblər:

• Təhsil – müvafiq sahədə ali təhsil
• İş təcrübəsi – 2 ildən artıq
• Yaş: 22 – 40
• Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər strukturlara göndərilən hesabatların hazırlanması biliyi;
• Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilməsi və hesabatlarda tətbiqi;
• Milli mühasibat uçotu standardları bilməsi;
• 1 C Mühasibat proqramında iş təcrübəsi;
• Maliyyə strukturlarında iş təcrübəsi.

Əlavə məlumatlar:

• İş yeri: Bakı şəhəri
• İş qrafiki: 5/2 saat 9-00 saat 18-00
• Əmək haqqı: razılşma yolu ilə
• Tibbi sığorta
• Rəsmiləşdirmə: AR Əmək məcəlləsinə uyğun olaraq

Müraciət etmək istəyənlər CV formalarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Tel : +994 12 505 66 66
Tel : +994 12 565 66 66

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)