Vakansiya: Müştəri əlaqələri üzrə işçi (Gədəbəy filialı)

“FINCA Azerbaijan” Gədəbəy filiali üçün müştəri əlaqələri üzrə işçi axtarır. Ali təhsilli, FINCA Azerbaijan filial ofislərinə səfər etmək və ya rotasiya olunmaq imkanı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son  müraciət tarixi 2016-cı il yanvar ayının 10-dur.
Əsas vəzifə öhdəlikləri:
FINCA-nın kreditermə biznesinin yüksək keyfiyyət və kəmiyyət üzrə standartlarını təmin edir;
Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə komandası tərəfindən təklif olunan kreditlərin idarə olunmasını təmin edir;
Təşkilat tərəfindən təklif olunan məhsulların çeşidlərini davamlı olaraq filial ofisində müştərilərə tanıdır;
Yüksək keyfiyyətli müştəri xidməti standartları təmin edir;
Həvalə edilmiş kredit məhsulları çərçivəsində portfelin, geri ödənişlərin, həmçinin gecikən ödənişlərin idarə olunmasını təmin edir;
Digər filial departamentləri/bölmələri ilə yaxşı münasibətin qururlması və səmərəli əməkdaşlığın aparılmasını təmin edir;
Lazım olarsa, tələb olunan hesabatları hazırlayır və Filial Menecerinə  təqdim edir;
Vaxtaşırı Filial Meneceri tərəfindən verilən digər müvafiq tapşırıqları icra edir.
Namizədə dair tələblər:
Ali təhsil (biznes, mühasibat və ya bizneslə əlaqədar hər hansı digər sahədə bakalavr dərəcəsi arzuolunandır);
Müştəri xidməti sahəsində təcrübə arzuolunandır;
Azərbaycanca sərbəst danışmaq;
MS Office proqramları üzrə biliklər, həmçinin yaxşı çap etmə və məlumat daxil etmə bacarıqları;
Ehtiyac olarsa, FINCA Azerbaijan filial ofislərinə səfər etmək və ya rotasiya olunmaq imkanı;
Müraciət etmək istəyən namizədlər öz tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№357/15) qeyd etməklə 10 Yanvar 2016-cı  il tarixinədək göndərə bilərlər.Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;

Bir cavab yazın

Back to top button