5 Noyabr 18:15

Vakansiya: Müştəri xidməti üzrə mütəxəssis

CDB ailəsinə üzv olmaq istəyirsinizsə tələsin:

Yeni vakansiya – Müştəri xidməti üzrə mütəxəssis

“Caspian Development Bank” ASC-nin “Baş ofis”-nin Müştəri xidməti departamentinə müştəri xidməti üzrə mütəxəssis tələb olunur. Bu vakansiyaya müraciət edən namizədlərin ən azı 1 il bankda müştəri xidməti sahəsində iş təcrübələri olmalıdır.

Bu vakansiyaya müraciət edən namizədlər aşağıdakı tələbləri nəzərə almalıdırlar:

• Yaş 20-35
• Xoş xarici görünüş
• Ali təhsil (iqtisadi təhsili olan namizədlərə üstünlük verilir)
• İqtisadi yönəmdə təhsil alan qiyabi tələbələr
• Bankda müştəri xidməti sahəsində ən azı 1 (bir) il iş təcrübəsi
• Gülərüz, kommunikativ və aktiv olmaq
• Analitik düşüncə tərzinə malik olmaq
• Azərbaycan, rus və ingilis dillərində danışmaq
• Ofis proqramlarında işləmə bacarığı

Əgər Siz qeyd olunmuş tələblərə uyğunsuznuzsa, onda CV-lərinizi Caspian Development Bankın [email protected] elektron ünvanına göndərə bilərsiniz! CV-rinizdə mütləq son 6 ay ərzində çəkilmiş rəngli fotoşəkliniz olmalıdır. CV-lərinizi göndərərkən mailın “Subject” hissəsində müraciət etdiyiniz vakansiyanı göstərməyi unutmayın!
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, müsahibə prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)