Vakansiya: Pərakəndə Bankçılıq Departamentinin direktoru

DəmirBank ASC Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə işəqəbul elan edir.
26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
İşin təsviri:
• Bankda istehlak, mikro, ipoteka kreditləri, qeyri – kredit məhsullarının satışı prosesini təşkili edir və nəzarəti həyata keçirir;
• Bankda istehlak, mikro, ipoteka kreditləri, qeyri-kredit məhsullarının satışına rəhbərlik edir və satışı inkişaf etdirir;
• Bankda istehlak, mikro, ipoteka, qeyri-kredit məhsullarının satışı üçün zəruri olan qaydaları daimi olaraq təkmilləşdirir;
• İstehlak, mikro və ipoteka kreditlərində olan gecikmələr üzrə aparılan işləri və tədbirləri daimi olaraq nəzarətdə saxlayır;
• İstehlak, mikro, ipoteka kreditləri, qeyri-kredit məhsulları üzrə illik proqnozların hazırlanmasını təşkil edir, həmin planların icrasına nəzarəti həyata keçirir;
• İstehlak, mikro, ipoteka kreditləri, qeyri-kredit məhsullarının satışı və sənədləşməsinə dair nəzarətin həyata keçirilməsi üçün mütəmadi olaraq filiallara (həmçinin regionda yerləşən filiallara) səfərlər edir;
• Bankın istehlak, mikro, ipoteka kreditləri, qeyri-kredit məhsullarının satışı üzrə olan məsləhətçilər ilə işin təşkili üçün qarşılıqlı işlər və tədbirlər həyata keçirir;
• Departamentin şöbələrin cari işlərinin yerinə yetirilməsini nəzarət edir;
• İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə qarşı tələblər:
• İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
• Pərakəndə satış sahəsində 7 il və idarəetmə üzrə minimum 5 il iş təcrübəsinə malik olmalı;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yaradıcılıq bacarığına sahib olmalı;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmalı;
• Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyətinə malik olmalı;
• Azərbaycan, Rus və İngilis dillərində şifahi və yazılı ünsiyyət qurma bacarıqlarına malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Pərakəndə Bankçılıq Departamentinin direktoru) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Bir cavab yazın

Back to top button