11 Avqust 10:04

Vakansiya: Proqram Meneceri

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi Proqram Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək müsahibədə iştirak edə bilərlər. Namizədlərdən CV-lərini 21.08.2016 tarixi, saat 21:00-a qədər “Program Manager DVC” başlığı ilə [email protected] ünvanına göndərmələri xahış olunur.
Tələb olunan bilik, bacarıq və xüsusiyyətlər:
• Namizədin yaşı: 23-35 yaş arası

• Dil bilikləri: Əla səviyyədə Azərbaycan, İngilis və Rus dili
• Kompyuter bilikləri: Microsoft Office paketi
• Daxili ofis və təhçizat işlərin aparılmasında bacarığı olmalı
• Regionlarda keçiriləcək fəaliyyətlərdə iştirak edə bilməli
• Gərgin iş şəraitində işləmə bacarığı
• Strateji düşüncə
• Yaradıcı və yenilikli olmalı
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil
• 3 il iş təcrübəsi ( DVC-də müəyyən sahələr üzrə fəaliyyət göstərən namizədlərə üstünlük veriləcək)
İş vaxtı :
• Həftənin bazar ertəsi – cümə günləri saat 09:00-18:00 arasında
• Həftənin şənbə günləri yarım iş rejimi
Qeyd: Əmək haqqı razılaşdırılma yolu ilə müəyyən olunacaq.
DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007, 2011, 2016-cı illərdə AR Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Beynəlxalq Biznes İnkubassiya Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü, “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər “Erasmus+” Proqramının “göndərən” statuslu təşkilatıdır.
Bildiyiniz kimi, təşkilatımızın aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, 11 regional nümayəndəlik/mərkəzi özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir.
Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 18 illiyini qeyd edir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)